• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.02.22 20:18
gundem / iqtisadiyyat

Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasında iki ölkə arasında 4 sənəd imzalanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir tərəfdən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Nazir Misir nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, müharibədən sonra kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını daha da gücləndirəcək.

Sonra R.Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə çatdırıb.

İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclasın sonunda iclasın protokolu və aşağıdakı sənədlər imzalanıb:

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında Anlaşma Memorandumu”.

Müştərək Komissiya 1994-cü ilin 7 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Oxşar Xəbərlər

backend
Əli Əsədov Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
25.02.22 19:49
gundem / siyaset

XƏBƏR LENTİ

21:44 Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
21:42 Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
21:36 SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
21:32 Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
21:30 Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
21:25 "Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
21:22 "Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub
21:18 Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
21:15 Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
21:13 Bu il ali məktəblərə qəbul olunan 37 şəhid ailəsi üzvü təqaüd proqramının qalibi olub
21:10 "Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib
21:06 Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
21:04 İsmayıllıda toyda kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
21:00 Ağdaşda məzhəb ayrı-seçkiliyi ilə mübarizəyə həsr olunan regional konfrans keçirilib - YENİLƏNİB
20:57 Qubada aqrar təhsil və istehsalatın inteqrasiyasına həsr olunmuş regional konfrans keçirilib
20:53 Azərbaycan ilə Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
20:50 BP Azərbaycanda BOEM sahəsində yerli mütəxəssislərin inkişafına dəstək verəcək
20:46 Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
20:32 Muxtar Babayev: Azərbaycana COP31-də əlavə konsensusun əldə edilməsi üçün missiya verilə bilər
20:19 İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib
21:37 Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq
21:30 İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
21:23 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
21:16 Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib
21:11 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25
backend
Türkiyə və Fransa XİN başçıları Hörmüz boğazı, Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
9.09.26 21:44
Ərdoğan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib
9.09.26 21:42
SEPAH: ABŞ-nin F-35, F-16, F-15 qırıcılarının sığınacaqları hədəfə alınıb
9.09.26 21:36
Rusiya Sumıda ticarət mərkəzinə zərbə endirib, üç nəfər ölüb
9.09.26 21:32
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-2
9.09.26 21:30
"Azerbaijan Open 2026" Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
9.09.26 21:25

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.