• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.02.22 20:24
gundem / siyaset

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib:

“Bu gün siz icra başçıları vəzifəsinə təyin edilirsiniz. Bakı şəhərinin Nizami, Nərimanov və Kürdəmir rayonlarına rəhbərlik edəcəksiniz. Sizə böyük etimad göstərilir və əminəm ki, siz bu etimadı doğruldacaqsınız, öz işinizlə vətəndaşların rəğbətini qazanacaqsınız və ölkəmizdə gedən islahatları dərinləşdirmək üçün əməli səylər göstərəcəksiniz.

İlk növbədə, rayonlarda vəziyyət dərindən təhlil edilməlidir, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir. Son illər ərzində ölkəmizin hər bir yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır. Bildirməliyəm ki, 2004-cü ildə qəbul edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirmişdir. Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır.

Bölgələrə gəldikdə, bölgələrdə canlanma və inkişaf imkan verdi ki, Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlər aparılsın. Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır.

Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir.

Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız.

Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni, biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır.

Son vaxtlar özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu və məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik. Ancaq indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır.

Bir sözlə, baxmayaraq ki, biz böyük uğurlara nail olmuşuq, ölkə qarşısında problemlər kifayət qədər çoxdur və yerlərdəki bu problemlərin həlli böyük dərəcədə məmurlardan asılıdır. Çünki dövlət və hökumət öz üzərinə nə düşürsə, onu edir. Eyni zamanda, qanunvericilik orqanımız - Milli Məclis qanunlar qəbul edir. Prezident sərəncamlar imzalayır, dövlət proqramları qəbul edilir. Hökumət gündəlik fəaliyyətdə islahatların dərinləşməsi ilə bağlı addımlar atır. Yəni, bütün lazımi tədbirlər görülür. Bundan əlavə, bizim uğurlu siyasətimiz nəticəsində əldə edilmiş maliyyə resursları buna imkan verir. Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur. Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq.

Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun.

Yerlərdə həlli mümkün olmayan problemlərin, - elə problemlər təbii ki, var, - həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam.

Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar diləyirəm”.

Coşqun Cəbrayılov: “Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağam”.

Elgin Həbibullayev: “Möhtərəm cənab Prezident, mən də göstərdiyiniz bu böyük etimada görə dərin minnətdarlığımı bildirirəm. Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm də çox böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün vəzifələri icra etmək, böyük etimadınızı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm”.

Elxan İbrahimov: “Möhtərəm cənab Prezident, göstərdiyiniz bu böyük etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə prinsipləri üzərində qurmaqla bu etimadı doğrultmağa çalışacağam”.

Prezident İlham Əliyev: Sağ olun”.

Oxşar Xəbərlər

backend
Prezident yeni təyin olunan icra başçılarına tapşırıqlar verdi
18.02.22 20:18
gundem / siyaset

XƏBƏR LENTİ

21:19 Ərdoğan: "Cənubi Qafqazı Trampla hər zaman müzakirə edə bilirik"
21:16 Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
21:14 Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıb
21:12 Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
21:09 Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
21:06 Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunub
21:04 Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
21:01 Rəşad Nəbiyev Avropa çempionatında uğurlu çıxış edən yeniyetmə cüdoçularla görüşüb
20:58 Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
20:52 Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
20:50 İrandan Azərbaycana 78 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
20:47 "SABAH-ın Məzunu 2026" tədbiri keçirilib
20:43 Azərbaycan və Türkmənistan reallaşdırılan genişmiqyaslı layihələri müzakirə edib
20:41 Türkiyənin enerji şirkəti Bakı Fond Birjasında İPO-ya çıxa bilər
20:38 Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir
20:35 Bir qrup diplomata diplomatik rütbələr verilib
20:33 Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
20:30 Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
20:27 Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
20:23 Azərbaycan və İordaniya XİN başçıları geniştərkibli görüş keçirib - YENİLƏNİB
22:12 Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
22:09 Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
22:07 Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
22:03 Hakan Fidan qətərli həmkarı ilə regional vəziyyəti müzakirə edib
22:00 XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan: "Cənubi Qafqazı Trampla hər zaman müzakirə edə bilirik"
8.07.26 21:19
Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
8.07.26 21:16
Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıb
8.07.26 21:14
Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
8.07.26 21:12
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
8.07.26 21:09
Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunub
8.07.26 21:06
backend
Ərdoğan: "Cənubi Qafqazı Trampla hər zaman müzakirə edə bilirik"
8.07.26 21:19
Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
8.07.26 21:16
Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıb
8.07.26 21:14
Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
8.07.26 21:12
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
8.07.26 21:09
Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunub
8.07.26 21:06
backend
Ərdoğan: "Cənubi Qafqazı Trampla hər zaman müzakirə edə bilirik"
8.07.26 21:19
Tramp: Türkiyə ilə çox yaxşı münasibətlərə malikik
8.07.26 21:16
Türkiyə və Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalayıb
8.07.26 21:14
Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır
8.07.26 21:12
Ərdoğan: Türkiyə NATO-ya öz imkanlarını təqdim etməyə hazırdır
8.07.26 21:09
Mədəniyyət Nazirliyi sistemində incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə müsabiqə elan olunub
8.07.26 21:06

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.