• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
4.02.22 21:00
gundem / iqtisadiyyat

Fatih Dönməz: “TANAP-ın maksimum gücdə istifadəsi üçün investisiya ilə bağlı təşəbbüsləri dəstəkləyirik”


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Türkiyə Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) maksimum səviyyədə istifadə üçün Azərbaycan və digər bölgə ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizinin (SGC) Məşvərət Şurasının 8-ci iclasında çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O bildirib ki, yüksək səviyyədə keçirilən bu tədbirdə region ölkələrinin daha çox əməkdaşlıq etmək əzmində olduğunu göstərir: “Ölkələr arasında əməkdaşlıq enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı narahatlıqlar nəzərə alınaraq hər il daha da inkişaf etdirilir. İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylər çərçivəsində qlobal bir fenomen olan enerji transformasiyası zərurətdir və bütün ölkələr bu transformasiya prosesləri ilə üzləşirlər.

Təbii qaz bir tərəfdən ölkələrin tədarük təhlükəsizliyini təmin edir, digər tərəfdən isə ölkələrin məqsədlərinə çatması üçün aşağı karbonlu enerji transformasiyası baxımından əhəmiyyətli yanacaqdır. Dolaysıyla, bu koridorun Qərbi Balkanlar da daxil olmaqla yeni enerji bazarlarına doğru genişləndirilməsi və enerji transformasiyası kimi məsələlərin bu gün burada müzakirəsi bizə gələcək əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar verəcək”.

F. Dönməzin sözlərinə görə, bu iqtisadi canlanma bugünkü enerji sisteminin bəzi hissələrinə ciddi təzyiqlər yaradır və təbii qaz, kömür və elektrik enerjisi bazarlarında kəskin qiymət artımlarına səbəb olur: "Bu hadisələr regional enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın vacibliyini də sübut edir. Bu istiqamətdə Türkiyə və Azərbaycanın siyasi dəstəyi olmasaydı, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmayacağını burda bir dəfə daha qeyd etmək istəyirəm. Bu səbəbdən Türkiyə, Avropa ittifaqının enerji təhlükəsizliyini artırmaq üçün ən uyğun yol və ən etibarlı limandır. Türkiyə infrastruktur sərmayələri və beynəlxalq layihələrdəki uğurları ilə etibarlılığını sübut edib".

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qazın həcmini artırmaq üçün əlavə ehtiyatlara və əlavə mənbə ölkələrinə ehtiyac var: "Bu çərçivədə regionumuzun rifahı naminə Azərbaycan və digər ölkələrlə əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq. TANAP-ın 31 milyard kubmetrlik maksimum gücdə istifadəsi üçün investisya yatırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirik".

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

“Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
21:17 Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
21:06 Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
20:55 Xocavənddə ilk tibbi müayinə köşkü quraşdırılıb
20:44 Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
20:31 Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
20:23 Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
20:16 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
20:09 Azərbaycan XİN Pakistana başsağlığı verib
20:02 Bu ilin səkkiz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub
19:58 İlham Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
19:54 Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
19:39 Azərbaycanın İsveçdəki səfiri etimadnaməsini Krala təqdim edib
20:34 AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
20:29 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
20:25 Qazaxıstan Prezidenti Azərbaycana gəlib
20:22 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
20:19 Emoməli Rəhmon Azərbaycanda səfərdədir
20:17 Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
20:14 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
20:12 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33
Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
16.10.26 21:29
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
16.10.26 21:17
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16.10.26 21:06
backend
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33
Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
16.10.26 21:29
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
16.10.26 21:17
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16.10.26 21:06
backend
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
16.10.26 21:38
Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
16.10.26 21:36
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
16.10.26 21:33
Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
16.10.26 21:29
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
16.10.26 21:17
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
16.10.26 21:06

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.