SON DƏQİQƏ
gundem / iqtisadiyyat

Azərbaycanda yığılmış buğda və arpanın həcmi AÇIQLANDI



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


2021-ci ildə qarğıdalı da daxil olmaqla 998,7 min hektar sahədən, hər hektardan orta hesabla 32,8 sentner olmaqla, ilkin çəkidə 3 milyon 363 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2020-ci ilə nisbətən istehsal 3,3 faiz və ya 105,9 min ton artıb.

2021-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 885,4 min tonunu və yaxud 56,1 faizini buğda təşkil edib. Yığılmış buğdanın həcmi 2020-ci illə müqayisədə 1 faiz artıb. Buğdanın məhsuldarlığı 32,9 sentner olub.

Eləcə də 2021-ci ildə istehsal olunmuş arpanın həcmi 1 milyon 146,7 tonu təşkil edib. Yığılmış məhsul həcmi 2020-ci illə müqayisədə 12,4 faiz artıb.