MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Qanem adasının şimalında Hörmüz boğazından keçən bir tanker minaya düşüb.
azturktv.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.
"Bu gün səhər saatlarında iki neft tankeri Hörmüz boğazında Qanem adasının şimalından gizlicə keçməyə cəhd edib. Onlardan biri minaya düşüb. Onu müşayiət edən ikinci tanker isə geri dönməyə məcbur olub" - məlumatda vurğulanıb.
Qeyd olunub ki, son günlər icazə verilməyən marşrutla keçməyə cəhd edən neft tankerlərinin sayı kəskin azalıb, bu da Hörmüz boğazının şərq və qərb hissələrinə tam nəzarət olunduğunu sübut edir.