DataLife Engine / Səngəçalda yük avtomobillərinin iştirakı ilə qəza olub, ölən var

Səngəçalda yük avtomobillərinin iştirakı ilə qəza olub, ölən var



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın həyatını itirərək deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Savet oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bu gün, 20:07
Вернуться назад