DataLife Engine / XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk

XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.

azturktv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Xatırladaq ki, Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.







Bu gün, 19:41
Вернуться назад