DataLife Engine / Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Yenilənib-3

Növbəti köç Zəngilanın Cahangirbəyli kəndinə çatıb - Yenilənib-3



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç olub.

azturktv.az xəbər verir ki, bu mərhələdə Cahangirbəyli kəndinə 20 ailə – 84 nəfər köçürülüb.

Sakinlərə yeni evlərinin açarları təqdim olunub.

Açarların təqdimolunma mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Müxbir: Sevil Seymur

14:42

Növbəti köç Cəbrayılın Soltanlı kəndinə çatıb.

azturktv.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Soltanlı kəndinə 17 ailə - 74 nəfər köçürülüb.

Sakinlərə həmçinin mənzillərin açarları da təqdim olunub.

Müxbir: Sevil Seymur

13:20

Xocavənd şəhərinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

azturktv.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 36 ailə olmaqla 140 nəfər, Quzeyxırman kəndinə 12 ailə olmaqla 45 nəfər köçürülüb.

Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Sakinlərin mənzillərinin açarları da təqdim olunub.

Müxbir: Sevil Seymur

07:12

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

azturktv.az xəbər verir ki, Xocavənd şəhərinə və rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər köçürülüb.

Böyük Qayıdış çərçivəsində həmçinin Cəbrayıl rayonunun Soltanlı kəndinə də 17 ailə - 74 nəfər köçürülüb.

Zəngilanın Cahangirbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cahangirbəyliyə də 20 ailə - 84 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət



Bu gün, 20:10
Вернуться назад