DataLife Engine / Ankarada Türk Dövlətləri Mədəniyyətlər Parkında "Azərbaycan Evi" açılıb

Ankarada Türk Dövlətləri Mədəniyyətlər Parkında "Azərbaycan Evi" açılıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ankarada Türkiyə Prezident Administrasiyasının Beştəpə Millət Parkı ərazisində Türk Dövlətləri Mədəniyyətlər Parkındakı "Azərbaycan Evi" açılıb.
AZTURK.T xəbər verir ki, türk dünyasının ortaq mədəni irsinin və dəyərlərinin təbliği məqsədilə yaradılmış Mədəniyyətlər Parkında türk dövlətlərinin hər birini təmsil edən milli çadırlar – Milli Evlər qurulub, onların qarşısında isə müvafiq ölkələrin mədəni irsini əks etdirən abidələr ucaldılıb.

Park ərazisində "Azərbaycan Evi" Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi əsasında, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə inşa olunub.

"Azərbaycan Evi" XII əsrin dahi Azərbaycan memarı Əcəmi Naxçıvaninin zəngin memarlıq irsinə və anadan olmasının 900 illik yubileyinə həsr edilərək, onun memarlıq şah əsərlərindən biri olan Möminə xatun türbəsinin üslubu, naxışları və zərif bəzək elementləri əsasında səkkizguşəli ulduz formasında inşa edilib.

Azərbaycan Evinin daxilində yaradılmış səkkiz məlumat guşəsinin hər biri ölkənin zəngin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, eləcə də Qobustan, Şuşa və s. mədəni dəyərlər yer alıb.

Elektron ekranlar və xüsusi rəqəmsal proqramlar vasitəsilə Azərbaycanın xəritəsi üzərində tarixi abidələrimiz, habelə milli musiqi və mədəni irs haqqında interaktiv təqdimatlar nümayiş etdirilir.












Bu gün, 20:26
Вернуться назад