DataLife Engine / Azərbaycan karateçiləri beynəlxalq turnirdə 23 medal qazanıblar

Azərbaycan karateçiləri beynəlxalq turnirdə 23 medal qazanıblar




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar.

Bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

Turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.


Bu gün, 20:20
Вернуться назад