MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı, kraliça Maksima hərbi hazırlığı başa vurduqdan sonra ehtiyatda olan zabit kimi quru qoşunlarının polkovnik-leytenantı rütbəsinə layiq görülüb.
azturktv.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Niderland Kral Evinin məlumatında bildirilib.
"Niderland kraliçası Maksima ehtiyatda olan digər 23 zabitlə birlikdə quru qoşunlarının komandanı general-leytenant Yan Svillensə and içib. Ehtiyatda olan hərbçi kimi hərbi hazırlığı başa vurduqdan və and içdikdən sonra o, quru qoşunlarının polkovnik-leytenantı rütbəsini alıb", - məlumatda qeyd olunub.
Mərasim noyabrın 13-də Breda şəhərindəki Kral Hərbi Akademiyasında baş tutub.