Azərbaycan cüdoçularının Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq. Turnirdə 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) mübarizə aparacaq.
Zaqreb Qran-Prisinin görüşləri noyabrın 13-dən 15-dək davaç edəcək.
Azərbaycan cüdoçularının ilk rəqiblərini təqdim edirik:
Qadınlar
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Tihea Topolovets (Xorvatiya)
70 kq, 1/16 final
Südabə Ağayeva – Olha Tsimko (Ukrayna)
+78 kq, 1/16 final
Madina Kaisinova – Kinga Volşçak (Polşa)
Kişilər
60 kq, 1/16 final
Murad Muradlı – Luka Mxeidze (Fransa)
66 kq, 1/16 final
Nizami İmranov – Daiki Buba (Fransa)
Turan Bayramov – Florian Böker (Almaniya)
73 kq, 1/32 final
Nəriman Mirzəyev – Valtteri Olin (Finlandiya)
Rüfət Şövlətov – Luka Katiç (Xorvatiya)
90 kq, 1/32 final
Vüqar Talıbov – Peter Şafrani (Macarıstan)
100 kq, 1/16 final
Əjdər Bağırov – Mixael Korrel (Niderland)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – İqor Vraçar (Serbiya) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə
Kənan Nəsibov – Murtaza Suha (Almaniya) / Jantilek Nurtilepuli (Qazaxıstan) cütünün qalibi ilə
Azərbaycan Cüdo Federasiyası (ACF)