MƏHƏBBƏT ALLAHVERDİİYEV azturktv.az
Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt bu məqsədlərinə çata bilməyəcəklər.
azturktv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Hamı bilir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif imtahanlarından keçərək bugünkü səviyyəsinə çatıb. "Bir millət, iki dövlət" cümləsi ilə izah etdiyimiz bu könül birliyi sabahlarımıza işıq tutan sönməz məşəldir. Qardaşlığımız ortaq bir dilin, tarixin və mədəniyyətin önündədir. Bakının sevinci Ankaranın sevincidir. Şuşanın qürurunu bütün millətin qüruru bilirik. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir", - o bildirib.
Türkiyə Prezidenti bəyan edib ki, bərabərliyimiz hər zaman olacaq.
"Bunun üçün var gücümüzlə çalışırıq. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir. Türk dünyasının birliyi üçün addım atılır. Bu səbəbdən Azərbaycana təşəkkür edirik".