MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz.
azturktv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib.
"Bizim birliyimiz sarsılmazdır. Bunu sarsıltmaq istəyənlər də öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin. Bu gün Türkiyə dövləti əziz qardaşım Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib".
İlham Əliyev bəyan edib ki, Türkiyə dünya miqyasında böyük gücdür:
"Nəinki bölgədə gedən proseslərə, eyni zamanda dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, hərbi sənayesi və potensialı, siyasi çəkisi bu gün reallıqdır. Bu bizi çox sevindirir və bizi də gücləndirir".
Prezident vurğulayıb ki, Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçib:
"Bu gün bu yolla irəliləyirik. Türkiyə Azərbaycan birliyi önəmli amildir və faktordur. Sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Əziz qardaşım Ərdoğanın çətin qrafikinə baxmayaraq, Qarabağda olması dünyaya bir daha birliyimizi göstərdi. Bu birlik əbədidir. Biz keçmişdə də, müharibədə, indi və gələcəkdə də bir olacağıq".
[justify][/justify]