DataLife Engine / Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyənin İğdır şəhərində 8 Noyabr – Zəfər Gününə və "Xarıbülbül" sərgisinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

"Report"un yerli bürosu xəbər verir ki, konsert Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin dəstəyi, İğdır Valiliyi və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Qars şəhərindəki Baş konsulu Qoşqar Zeynalov, İğdır valisi Ziya Polat, İğdır Azərbaycan Evinin sədri Ziya Zakir Acar və Vətən müharibəsi şəhidi Elçin İbrahimlinin anası çıxış ediblər.

Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, milli rəqslər və musiqi nümunələri təqdim olunub.



Bu gün, 20:55
Вернуться назад