DataLife Engine / Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

azturktv.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtomobillər Çorum-Yozqat avtomobil yolunun Koçhisar su anbarı yaxınlığında toqquşub.

Qəzada sürücü və eyni avtomobildə olan 3 nəfər həyatını itirib. Digər avtomobildəki iki nəfər xəsarət alıb.

Məlumat əsasında qəza yerinə jandarm və tibb qrupları göndərilib. Yaralılar tibb qrupları tərəfindən edilən ilkin müdaxilədən sonra təcili yardım maşını ilə Alaca Dövlət Xəstəxanasına çatdırılıb.

Qəzada həyatını itirən digər 3 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün işlər davam edir.



Bu gün, 20:44
Вернуться назад