azturktv.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Eldar Səlimov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu gün İraq Federal Dürüstlük Komissiyasının Sədri Dr. Məhəmməd Əli Əl-Lami ilə səmərəli görüşümüz olub. Görüşdə İƏT-in Bakı iclasında iştirak, anti-korrupsiya sahəsində əməkdaşlıq və "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi imkanlarını müzakirə etdik", - o yazıb.
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az