DataLife Engine / Naxçıvanda avtomobil piyadaları vurub

Naxçıvanda avtomobil piyadaları vurub




Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

azturktv.az-Nİn xəbərinə görə, BYD markalı avtomobil Nizami küçəsində yolu qarşı tərəfə keçən 2008-ci il təvəllüdlü Bayramov Sadiq Səbuhi oğlunu və 2009-cu il təvəllüdlü Hüseynov Mənsur Coşqun oğlunu vurub.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
22-09-2026, 20:46
Вернуться назад