DataLife Engine / Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var




Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.

azturktv.az-nin xəbərinə görə, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində ölüb.

Avtomobildə olan digər şəxslər-İsgəndərov Məhəmməd Məmməd oğlu, Babayev Səxavət Niyaz oğlu, Hüseynova Ruhiyyə Sabir qızı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
19-09-2026, 20:33
Вернуться назад