MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb.
azturktv.az-nİn məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 2022-ci il təvəllüdlü Turan Həsənlini avtobus vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.