DataLife Engine / ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.

ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.


ADI TƏBİYYƏTDƏN  MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Yovşan Klinikası Biləsuvar şəhərində, Heydər Əliyev prospekti 333 ünvanında fəaliyyət göstərən çoxprofilli özəl tibb müəssisəsidir. Qısa müddətdə müəssisə təkcə Biləsuvarın deyil, bütöv cənub bölgəsinin — Cəlilabad, Masallı, İmişli, Salyan, Neftçala, Beyləqan və ətraf rayonların sakinlərinin müraciət etdiyi tibb mərkəzinə çevrilib.Klinikaya baş həkim, Respublika səviyyəli tanınmış terapevt Dr. Xoşbəxt Ağayeva rəhbərlik edir.Dr. Ağayeva Azərbaycan Dövlət Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsini bitirib, Azərbaycan Respublikasının Diabetologiya, Endokrinologiya və Terapevtik Təlimat Assosiasiyasının daimi üzvüdür, bir neçə elmi məqalənin müəllifi və zob xəstəliklərinə həsr olunmuş «Tryadologiya» elmi dərsliyinin həmmüəllifidir.Bu gün Yovşan Klinikası beynəlxalq standartlara cavab verən tibb müəssisəsi kimi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı tibbi personala malik müasir tipli klinikadır.Komandamızın gücü ikiqatdır: həftə içi hər gün xidmət göstərən daimi heyət və respublikanın aparıcı xəstəxanalarından və xaricdən mütəmadi dəvət olunan uzman konsultant həkimlər. Onların arasında Gülhanə Hərbi Tibb Akademiyasında (Türkiyə) ixtisaslaşmış qastroenteroloq Dr. Rəşad Xamedov, Təbriz və Azərbaycan tibb universitetlərinin məzunu LOR Dr. Yaqub Asadi, tibb üzrə fəlsəfə doktoru mammoloq-cərrah Dr. Kəmalə Əliyeva kimi mütəxəssislər var.Laboratoriyamız tam avtomatlaşdırılmış Mindray analizatorları ilə təchiz olunub: kliniki, biokimyəvi, hormonal, PZR, histoloji-patomorfoloji analizlər, koaqulyasiya testləri və onkomarkerlər icra olunur. İnstrumental blokumuza son texnologiyalı USM (4D və Doppler daxil), rəqəmsal rentgen, EKQ, EXO-KQ, Holter, EEQ, video-endoskopiya və kolonoskopiya, kolposkopiya, dermatoskopiya və spiroqrafiya daxildir.Klinika daxilində fəaliyyət göstərən «Yovşan Tədris Mərkəzi» tibb bacısı, əczaçılıq, ilk tibbi yardım və laborant ixtisasları üzrə hazırlıq kursları keçirir; dərslər klinikanın həkimləri tərəfindən aparılır, məzunlara diplom və sertifikat verilir. Şüarımız iki cümləyə sığır: «Yovşan — Sağlam Yaşam!» və «Sizin sağlamlığınız, bizim dəyərimizdir!
13-09-2026, 22:15
Вернуться назад