DataLife Engine / Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq

Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Suriya ilə Türkiyə arasında əməkdaşlıq strateji xarakter daşıyır və son vaxtlar iki qonşu ölkə arasında 40-dan çox saziş imzalanıb.

azturktv.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Yaxın vaxtlarda ikitərəfli ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmaq niyyətindəyik", - deyə diplomat bildirib. O qeyd edib ki, Dəməşq və Ankara enerji sahəsində də hərtərəfli saziş imzalamağı planlaşdırır.
13-09-2026, 21:12
Вернуться назад