DataLife Engine / OPEC: Martda BTC ilə neft ixracı 13 % artıb

OPEC: Martda BTC ilə neft ixracı 13 % artıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 588 min barel təşkil edib.

Bu barədə azturktv.az OPEC-in aylıq məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu, fevral ayı ilə müqayisədə 13 % və yaxud 70 min barel çoxdur.

Ümumilikdə, bu ilin martında BTC ilə neftin nəqli ötən ilin martının göstəricisinə uyğun olub.
13-05-2026, 20:48
Вернуться назад