DataLife Engine / Goranboyda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb

Goranboyda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Goranboy rayonunda suvarma kanalı daşıb, evləri və həyətyanı sahələri su basıb.
azturktv.az-nin məlumatına görə, hadisə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində baş verib.

İncə çayından çəkilən suvarma kanalının daşması nəticəsində ümumilikdə 2 fərdi yaşayış evinə və 2 yardımçı tikiliyə, həmçinin bəzi həyətyanı sahələrə su dolub.

Hadisə yerinə rəsmi qurumların nümayəndələri cəlb edilib.

Məlumat üçün bildirək ki, son günlər Gəncə və ətraf bölgələrdə yağışlı hava müşahidə olunur.
11-04-2025, 20:45
Вернуться назад