DataLife Engine / Azərbaycan stolüstü tennisçisi Türkiyədəki beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan stolüstü tennisçisi Türkiyədəki beynəlxalq turnirdə bürünc medal qazanıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

azturktv.az xəbər verir ki, milli üzvü U-17 yaş qrupunda yarımfinala yüksəlsə də, dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında final görüşunə çıxacaq.

Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.
13-02-2025, 21:29
Вернуться назад