DataLife Engine / Qadın voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları baş tutub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VI turun oyunları baş tutub







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.

azturktv.az xəbər verir ki, “Murov Az Terminal” UNEC-i, “Milli Aviasiya Akademiyası” isə "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib.

"Gəncə" isə "Abşeron" 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, 6 turdan sonra "Abşeron" 17 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 12 xalla ikinci, “Gəncə” 10 xalla üçüncü, "Azərreyl" 8 xalla dördüncü, "Murov Az Terminal" 7 xalla beşinci pillədə qərarlaşıb. Bütün görüşlərdə məğlub olan UNEC sonuncu - altıncıdır.
15-01-2025, 21:13
Вернуться назад