DataLife Engine / "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib

"Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

ABŞ-də keçirilən "Formula 1" üzrə Las Veqas Qran-prisində sıralama turunu birinci pillədə başa vuran pilot müəyyənləşib.

azturktv.az-nin məlumatına görə, ən yaxşı nəticəni "Mercedes"də çıxış edən Corc Rassel göstərib.

"Ferrari" sürücüsü Karlos Sayns ikinci yeri tutub. İlk "3-lüy"ü "Alpin"dən Pyer Qasli tamamlayıb.

Qeyd edək ki, Las Veqas Qran-prisində əsas yarış noyabrın 24-də baş tutacaq.
23-11-2024, 20:42
Вернуться назад