DataLife Engine / Bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

Bu ilin ötən dövründə əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar- avqust aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 150-si mühərrikli təkərli oturacaq), 1599-u aşağı və yuxarı ətraf protezi, habelə 1663-ü eşitmə aparatı, 1855-i qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı, 92 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 8 ayı ərzində ümumilikdə 9,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
24-09-2024, 21:01
Вернуться назад