DataLife Engine / "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - 4

"Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - 4



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

"Report" xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. "Köhlən atlar"ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

21:35
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, “Europa Point Stadium”dakı matçda Ağdam təmsilçisi üstünlüyünü bir qədər də möhkəmləndirib - 2:0.

75-ci dəqiqədə Toral Bayramov adını tabloya yazdırıb.
23-07-2024, 22:27
Вернуться назад