DataLife Engine / Əminə Ərdoğan: “COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır” - FOTO

Əminə Ərdoğan: “COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır” - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.

Bu barədə Ə.Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.
“Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi, COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək”, - Ə.Ərdoğan qeyd edib.
5-03-2024, 20:16
Вернуться назад