DataLife Engine / İqtisadiyyat Nazirliyində “China Energy” ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində “China Energy” ilə görüş keçirilib - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycanda yaşıl enerji keçidinin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin prezidenti Çiao Subin ilə görüşüb.

Görüşdə Azərbaycanda energetika sahəsinin qlobal iqlim dəyişiklikləri ilə mübarizə hədəflərinə uyğun şəkildə inkişafı, bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji keçidinin sürətləndirilməsi, bərpa olunan enerji texnologiyalarının tətbiqi üçün bu sahədə qabaqcıl təcrübəyə malik beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan, “China Energy International Group Co., Ltd.” şirkətinin təqdim etdiyi innovativ həllərlə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resurslarından səmərəli istifadə oluna bilər.

Tərəflər yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı, enerji saxlama texnologiyalarının mənimsənilməsi və birgə fəaliyyətin perspektivləri barədə müzakirələr aparıblar.
8-12-2023, 19:57
Вернуться назад