DataLife Engine / İstanbulda fabrikdə yanğın olub

İstanbulda fabrikdə yanğın olub



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İstanbulun Arnavutköy qəsəbəsindəki fabrikdə yanğın baş verib. Hadisə zamanı ölən və yaralanan olmasa da, yanğınsöndürənlər alovu nəzarətə götürüb.

azturktv.az xəbər verir ki, Boğazköy İstiklal Məhəlləsi İsmət İnönü küçəsində plastik xammalların yerləşdiyi 3 mərtəbəli fabrikin çardağında naməlum səbəbdən yanğın baş verib.

Qısa müddətdə böyüyən yanğınla əlaqədar rayona çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

Fabrikin təxminən bir aya yaxındır fəaliyyət göstərmədiyi və bu səbəbdən yanğın zamanı içəridə heç kimin olmadığı öyrənilib.
20-11-2023, 21:24
Вернуться назад