MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Pakistanın Hayber Paxtunxva əyalətində nəzarət-buraxılış məntəqəsinə təşkil edilən intihar hücumunda 2 təhlükəsizlik qüvvəsi, 1 polis, 4 nəfər həyatını itirib, 2 polis yaralanıb. azturktv.az xəbər verir ki, Geo News-un məlumatına görə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində nəzarət-buraxılış məntəqəsinə intiharçı hücumu həyata keçirilib.
Hücumda nəzarət-buraxılış məntəqəsində vəzifə yerinə yetirən 2-si təhlükəsizlik qüvvəsi və 1-i polis olmaqla 4 nəfər həyatını itirib, 2 polis isə yaralanıb.
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, bu, son 24 saat ərzində bölgədə ikinci hücumdur.
Dünən Hayber Paxtunxva əyalətində silahlıların qaz zavoduna hücumu nəticəsində 4 hərbiləşdirilmiş qüvvə və 2 şəxsi mühafizəçi həlak olub.
Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.
Yanvarın 30-da Pişəvərdə günorta namazı zamanı məscidə edilən intiharçı hücumda əksəriyyəti polis olmaqla 102 nəfər, martın 6-da Bəlucistanda isə 10 polis həlak olub.
Mayın 19-da Bəlucistanın Zhob bölgəsində Camaat-i İslam Partiyasının lideri Sirac əl-Həqin karvanına intiharçı hücumu həyata keçirilib. Partiyanın baş katibi Əmirül Əzim partiya lideri Haqqın intihar hücumundan yara almadan sağ çıxdığını, təcavüzkarın isə öldüyünü açıqlayıb.