MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Pakistanın Bəlucistan əyalətində silahlılarla polis əməkdaşları arasında baş verən qarşıdurmada 4 polis həlak olub, bir silahlı isə zərərsizləşdirilib.
azturktv.az xəbər verir ki, Kuettada törədilən bombalı hücumdan sonra əməliyyata başlayan polislə Kuçlak bölgəsində silahlılarla qarşıdurma yaşanıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son aylar Pakistanda, xüsusilə Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.