DataLife Engine / Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib.

azturktv.az xəbər verir ki, +92 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın 1/4 final mərhələsində hindistanlı Narenderi məğlub edib.

Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.

Turnirin 1/4 finalında daha iki boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5 kq) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcəklər. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.

Mənbə: abf.az
24-02-2023, 19:51
Вернуться назад