DataLife Engine / Yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib

Yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan Proqram çərçivəsində artıq işlər görülüb”.

azturktv.az-ın məlumatına görə, bunu Meşələrin Inkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, ərazilərin xəritələri hazırlanıb, mövcud meşə quruluşuna uyğun olaraq meşəbərpa tədbirləri hazırlanıb:

“Yanğına məruz qalmış ərazilər yanmış ağaclardan, tör-töküntüdən təmizlənərək meşəbərpa tədbirlərinin həyata keçirilməsinə başlanılıb”.

O qeyd edib ki, bu yaz əkin mövsümündə meşə fondu torpaqlarında 700 000-dən çox ağac əkilib.
14-10-2022, 20:57
Вернуться назад