MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Xəbər verdiyimiz kimi, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Səlcuq Bayraktar bugün Şuşaya səfər edib.
O, Şuşa haqqında təəssüratlarını bölüşüb.
Səlcuq Bayraktar Şuşaya səfərini “Vətən” sözünün mənasını daha yaxşı dərk etmək adlandırıb.
“Pilotsuz uçuş aparatlarının niyə yaradılması sualının cavabıdır Qarabağ. Buna görə də Şuşa səfəri bizim üçün çox dəyərli idi”, – deyə o qeyd edib.