DataLife Engine / Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu

Azərbaycan güləşçisi ikiqat Avropa çempionu oldu





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində rəqib gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş Əzizlinin qələbəsi ilə yekunlaşıb - 8:2.

Beləliklə, 30 yaşlı pəhləvan karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il Əzizli həm də dünya çempionu olub.
3-04-2022, 20:52
Вернуться назад